“Qalatasaray” qələbə qazandı

23:14 - 7 Yanvar 2024

“Qalatasaray” qələbə qazandı

Türkiyə Superliqasının 18-ci turu çərçivəsində son çempion “Qalatasaray” “Konyaspor”u qəbul edib.

 

Manset.az  xəbər verir ki, Bardakçı matçın 63-cü dəqiqəsində hesabı açaraq “aslanlar”ı önə çıxarıb. 90-cı dəqiqədə Zaha fərqi artırıb. 90+4-cü dəqiqədə isə Bardakçı dubla imza ataraq komandasının qələbəsini rəsmiləşdirib - 3:0.  

Beləliklə də, “Cim-bom” xallarının sayını 47-yə çatdıraraq lider “Fənərbağça” ilə bərabərləşib. Hazırda Okan Burukun yetirmələri turnir cədvəlində 2-cı sıradadır. “Konyaspor” isə cəmi 18 xalla təhlükəli zonanın bir addımlığında - 16-cı yerdədir.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin