Azərbaycan millisi məğlub oldu

17:53 - 7 Yanvar 2024

Azərbaycan millisi məğlub oldu

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında sonuncu oyununa çıxıb.

 

Manset.az xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda Polşa ilə üz-üzə gəlib.

Qarşılaşma millimizin məğlubiyyəti ilə bitib - 0:3 (9:25, 11:25, 9:25).

Komandamız əvvəlki dörd oyunda Estoniya, Latviya, Ukrayna və Litvaya da eyni hesabla yenilib.

Qeyd edək ki, turnir AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsində iştirak hüququ qazanır.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin