Ronaldunun "Mançester Yunayted"dəki məvacibi bəlli oldu

20:32 - 6 Oktyabr 2021

Ronaldunun

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun İngiltərənin "Mançester Yunayted" klubundakı məvacibi bəlli olub.

Manşet.az "Spotrac"a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu Mançester təmsilçisində illik 25 milyon funt sterlinq qazanır.

Bu, ölkənin digər 3 klubu olan "Norviç", "Lids" və "Brentford"un ayrı-ayrılıqda oyunçularına ödədiyi illik vəsaitdən daha çoxdur. Bu komandalarda futbolçuların illik maaşı müvafiq olaraq, 24,2 milyon funt sterlinq, 17,9 milyon funt sterlinq və 12,8 milyon funt-sterlinq təşkil edir.

Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasında futbolçulara ən çox məvacib (226,6 milyon funtsterlinq) ödəyən klubdur.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin