Millimiz Litvayada məğlub oldu

23:00 - 6 Yanvar 2024

Millimiz Litvayada məğlub oldu

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında dördüncü oyununa çıxıb.

 

Manset.az Fanat.az-a istinadən xəbər verir ki, Şahin Çatmanın rəhbərlik etdiyi komanda bu gün Litva ilə qarşılaşıb.

Matç rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamız əvvəlki üç oyunda Estoniya, Latviya və Ukraynaya da eyni hesabla məğlub olub. U-20 son görüşünü sabah Polşaya qarşı keçirəcək.

Yanvarın 7-dək davam edəcək turnir AÇ-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsində iştirak hüququ qazanacaq.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin