"Neftçi" Türkiyə klubuna məğlub oldu

20:17 - 6 Yanvar 2024

Mövsümün ikinci yarısına hazırlığını Antalyada (Türkiyə) davam etdirən "Neftçi" bu gün ilk yoxlama oyununa çıxıb.

 

Manset.az Qol.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" Türkiyənin "Erzurumspor" klubu ilə qarşılaşıblar. "Neftçi" 1-ci liqa təmsilçisinə qarşı oyunda 1:3 hesabı ilə uduzub.

Bu, yeni baş məşqçi Miodraq Bojoviçin "Neftçi"də ilk sınağı olub.

Qeyd edək ki, "Neftçi"nin yanvarın 13-də daha bir yoxlama oyunu nəzərdə tutulub. Ancaq hələlik rəqibin adı açıqlanmayıb. Komanda yanvarın 14-dək Antalyada hazırlıq keçəcək.

"Neftçi" - "Erzurumspor" - 1:3

Qollar: Rəhman Hacıyev, 10 - Eren Tozlu, 58-pen; Muhammed Furkan Özhan, 76, Özgür Sert, 79


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin