Ərdoğan Zelenski ilə telefonla danışıb

22:23 - 5 Yanvar 2024

Ərdoğan Zelenski ilə telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
 

Manset.az xəbər verir ki, telefon danışığı zamanı, regional və qlobal problemlər, xüsusilə Ukrayna-Rusiya müharibəsi müzakirə edilib.

Ərdoğan görüş zamanı bildirib ki, Türkiyə həm Ukraynada, həm də Fələstin torpaqlarında axan qanların dayandırılması və davamlı sülhün təmin edilməsi üçün sıx səylər göstərir.

Həmçinin Ərdoğan bildirib ki, Türkiyə Ukraynada sülhün təmin olunması üçün vasitəçi rolunu üzərinə götürməyə və sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır.

Ərdoğan taxıl dəhlizinin bərapa olunmasının vacib olduğunu və bu məqsədlə diplomatik təmasları davam etdirdiyini bildirib, Ukraynada ən qısa zamanda atəşkəsin təmin edilməsinin və sülh üçün qapının açılmasınını vacibliyini vurğulayıb.

Jalə

Manşet.az


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin