COP29-un bağlanış mərasimi keçirilir - CANLI
23 Noyabr 2024
20:49 - 22 İyun 2021
Avropa Şurası Parlament Assambleyası (AŞPA) "COVID-19 pandemiyası səbəbindən baş verən sosial-iqtisadi böhrandan çıxış" adlı qətnamə qəbul edib.
Manset.az xəbər verir ki, sənəddə pandemiya səbəbindən dövlətlərin üzərinə düşən vəzifənin iki dəfə artdığı barədə xəbərdarlıq edilib.
Qətnamədə həmçinin bildirilib ki, ölkələr bir tərəfdən tibbi böhrana qarşı mübarizələrini davam etdirməli, digər tərəfdən pandemiyanın ağır nəticələrinin aradan qaldırılmasına çalışmalıdırlar.
Eyni zamanda sənəddə vurğulanıb ki, pandemiya qadınlarla kişilər arasında mövcud olan bərabərsizliyi daha da artırıb: "Pandemiya səbəbindən işini itirənlər arasında qadınlar kişilərə nisbətən çoxluq təşkil edir. Son zamanlar ailələrin mənzil təminatında böyük çətinliklər baş verib və bu məsələdə irqi ayrı-seçkilik hallarının daha da artdığı müşahidə olunub. Gənclərin işlə təminatı məsələsində də pandemiyanın mənfi təsirləri aydın hiss olunur".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin