Azərbaycandan Fars körfəzinə dəmir yolunun çəkilişi müzakirə edilir
17 Noyabr 2024
18:44 - 6 Oktyabr 2021
B ir neçə gün öncə geniş istifadəçi kütləsinə malik olan “WhatsApp”, “Instagram” və “Facebook”un işində yaranan texniki nasazlıq uzunmüddətli fasiləyə səbəb olub.
“Qafqazinfo”nun məlumatına görə, dünya miqyasını əhatə edən bu problem saatlarla sosial şəbəkələrin işində ləngimələr yaradıb. Hətta bir çox istifadəçi alternativlərə üz tutaraq digər mobil tətbiqlərin istifadəsinə başlayıb.
Bunlardan biri “WhatsApp”dan heç də geri qalmayan “Telegram” olub. “Telegram” da “WhatsApp” kimi eyni funksiyanı yerinə yetirən və oxşar dizayna malik olan mesajlaşma tətbiqidir.
Daha sonrakı alternativ kimi “Signal” proqramı dayanır. Bunun digər platformalardan fərqi isə istifadəçilərin geolokasiya, kontaktlar, danışıqların müddəti kimi məlumatlarının izlənməməsidir.
ICQ platforması ən köhnə mesajlaşma tətbiqi hesab olunur.
“Threema” isə “Signal” kimi mesajları oxunduqdan sonra onları silir və bunu mobil nömrə olmadan da istifadə etmək mümkündür.
“Wire” proqramı mesajlaşma ilə yanaşı, həmçinin ekranın 1:1 miqyasında nümayiş olunmasına da imkan yaradır. Bu, həm şəxsi istifadəyə, həm də korporativ məlumatların mübadiləsinə əlverişli şərait yaradır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin