Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı - Bu səbəbdən

17:09 - 5 Yanvar 2024

Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı - Bu səbəbdən

Açıqlanmayan səbəblərdən Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Sevastopol vilayətində sutka ərzində üçüncü dəfə hava hücumu xəbərdarlığı elan edilib.

Vilayətin Avtomobil Nəqliyyatı İnfrastrukturunun İnkişafı Direktorluğundan verilən məlumata görə, dəniz və quruda ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Başqa bir məlumata görə isə Ukraynanın Xmelnitski vilayətində silsilə partayışlar olub. Buna səbəb kimi əraziyə Pilotsuz Uçuş Aparatları (PUA) ilə hücum göstərilir. İtki və dağıntılar barədə hələ ki, məlumat yoxdur.

Qeyd edək ki, daha əvvəl Ukrayna Krımdakı Rusiya aviabazasını vurub. Nəticədə 5-i zabit olmaqla 23 hərbçi ölüb.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin