Azərbaycan XİN Fələstini Milli Günü münasibətilə təbrik etdi - FOTO
15 Noyabr 2024
18:20 - 6 Oktyabr 2021
“BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası zamanı amerikalılar İran nümayəndələrinə ABŞ Prezidenti Co Baydenin İranın Nüvə Proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planını həyata keçirmək niyyəti barədə mesajlar çatdırıblar”.
Manşet.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada rusiyalı həmkarı Sergey Lavrovla danışıqların yekununa dair keçirilən mətbuat konfransı zamanı deyib.
“Bilirsiniz, Nyu-Yorkda olanda amerikalı vasitəçilər vasitəsilə mesaj alırdım. Bu mesajların mahiyyəti ondan ibarət idi ki, amerikalılar vurğulamağa çalışırdılar ki, cənab Baydenin İranın Nüvə Proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planını həyata keçirmək, həmçinin əldə edilən sözügedən razılaşmalar çərçivəsində İran xalqının hüquq və maraqlarının həyata keçirilməsinə xüsusi diqqət yetirmək üçün ciddi niyyətləri var”, - deyə Abdullahian bildirib.
Onun sözlərinə görə, ABŞ-ın niyyətinin nə qədər ciddi olduğuna əmin olmaq lazımdır: “Məsələn, ABŞ İranın xarici banklardakı10 milyard dollarlıq aktivini blokadadan çıxarmağa hazırdırmı?”
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin