Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər - Menyu 400 manat
27 Noyabr 2024
17:30 - 6 Oktyabr 2021
Rusiyaya müalicəyə gedən müğənni Xatirə İslam Bakıya qayıtdığını bildirib.
Manset.az xəbər verir ki, sənətçi Moskvada qalmağın ona baha başa gəldiyini deyib.
"Gedək doğma vətənimizə, evimizə. Bu ruslar cibimizdə pul qoymadı qalsın.Camaat burada pul qazanıb, Bakıya aparır. Bizdə tərsinədi" deyə, Xatirə paylaşımında qeyd edib.
Qeyd edək ki, sənətçi bir müddət əvvəl ana olmaq istədiyini bunun üçün müalicə aldığını açıqlamışdı. "İki ildən artıqdır ki, müalicələr edirəm. Xanımlar bilir ki, hormonal dərmanlar ziyandır. İki il fasiləsiz onlardan istifadə etmişəm ki, yenidən ana olum. Hər dəfə yazırlar Xatirə ana olacaq. Normal qadınam, olmalıyam. Amma olanda açıqlayacam. Keyfiyyətsiz həkimlərin müalicəsi nəticəsində 20 kiloqram çəki aldım.
İndi ikinci dəfə ana olmaq yolunda sonuncu addımı atmışam. Son şansımdır. Ortada heç nə yoxdur, amma çalışıram. Müalicə gedir" deyə, Xatirə açıqlamasında qeyd edib.axsam.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin