Xorvatiyalı ulduz futboçu 1 avro maaş alacaq

14:36 - 4 Yanvar 2024

Xorvatiyalı ulduz futboçu 1 avro maaş alacaq

Hücumçu Nikola Kaliniç altı ay sonra Split "Hayduk"una qayıdıb. 

 

Manset.az Qol.az-a istinadən xəbər verir ki, xorvatiyalı oyunçu  ilə 2023/24 mövsümünün sonuna qədər müqavilə imzalanıb. 35 yaşlı futbolçunun maaşı ayda 1 avro olacaq.

Kaliniç 2023-cü ilin yayından-"Hayduk"la müqaviləsi başa çatdıqdan sonra klubsuz idi. O, ötən mövsüm 18 matçda 4 qol vurub və 2 qolun ötürməsini verib.

Qeyd edək ki, Kaliniç karyerası ərzinə "Fiorentina", "Milan", "Atletiko", "Roma" kimi klublarda oynayıb. O, Xorvatiya millisi ilə 42 matçda meydana çıxıb.


Xəbər xətti

15 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin