"Milan" icarəyə göndərdiyi futbolçusunu geri qaytardı

20:28 - 3 Yanvar 2024

"Milan" "Vilyarreal"a icarəyə göndərdiyi futbolçusu Mateo Qabbianı vaxtından əvvəl geri qaytarıb.

 

Manset.az  klubun saytına istinadən xəbər verir ki, onun İspaniya təmsilçisi ilə müqaviləsi ləğv olunub. Bu qərar "Milan"ın mərkəz müdafiəçiləri Fikayo Tomori və Malik Tşaunun zədələri ilə bağlıdır.

Qeyd edək ki, 24 yaşlı oyunçu bu mövsüm "Vilyarreal"da ümumilikdə 13 oyuna çıxıb.


Xəbər xətti

15 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin