Mina xəritələrinin əldə olunması çox vacibdir - Avropa Şurasının Baş katibi

20:05 - 22 İyun 2021

Mina xəritələrinin əldə olunması çox vacibdir - Avropa Şurasının Baş katibi

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç AŞPA-nın yay sessiyasında çıxışında Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində basdırılmış minaların xəritələrini verməsinin zəruriliyi məsələsini vurğulayıb.

Manset.az  xəbər verir ki, Mariya Peyçinoviç-Buriç qeyd edib ki, keçmişdə konfliktin olduğu regionda minaların qalması insan həyatına çox təsir edir: “Unudulmamalıdır ki, mina xəritələrinin əldə olunması və onların ərazidən təmizlənməsi çox vacibdir. Əks təqdirdə, bura insanların geri qayıtması və orada yenidən həyat qurması üçün uyğun olmayacaq".

Hazırda hərbi əsirlərlə bağlı narahatlıqların da olduğunu bildirən Baş katib Avropa Şurasının Azərbaycanla Ermənistan arasında əsirlərin və mina xəritələrinin mübadiləsini alqışladığını vurğulayıb: "Bu, demək olar ki, iki dövlət arasında ilk simvolik və çox vacib humanitar və insani reaksiyadır. Ümid edirəm ki, gələcəkdə bunlar davam edəcək".


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin