Selin Ciğercinin həyat yoldaşı ölümdən döndü - FOTO

09:57 - 01 Yanvar 2024

Selin Ciğercinin həyat yoldaşı ölümdən döndü - FOTO

Cinsiyyət dəyişmə əməliyyatı ilə qadın olan Selin Cigercinin sabiq futbolçu olan biznesmen həyat yoldaşı Gökhan Çıra avtomobil qəzası keçirib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, o, Sapanca yolunda ölümdən dönüb.

Belə ki, idarəetməsini itirərək qəza keçirən Çıra xəsarət alıb.

Qəzadan sonra çəkdirdiyi şəkli instaqram hesabında paylaşan Çıranın açıqlaması belə olub:

“Betərin də betəri var deyirlər. Allaha şükür, xırda cızıqlarla xilas olduq. Gözü olanın, gözü çıxsın. Bu gün anladım ki, heç kim 1 saniyədən sonra nə olacağını bilmir. Hər şey gözümün önündən film lenti kimi keçdi. İlk dəfə qəza keçirdim”.

Xatırladaq ki, keçmiş futbolçu olan Gökhan Çıra 2019-cu ildə sevgilidi Selin Ciğerci ilə ailə həyatı qurub. Çıra cinsiyyət dəyişdirərək qadın olan Ciğerci ilə evləndiyi üçün cütlük uzun müddət gündəmlərn düşməyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az