Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ
21 Sentyabr 2024
12:59 - 30 Dekabr 2023
Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində baş vermiş qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Türkiyədə əməliyyat olunub.
Manset.az xəbər verir ki, bu barədə AZƏRTAC-a PFL-in media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.
O, əməliyyatın uğurlu keçdiyini bildirib: “Elxan müəllim qolundan, ayağından və səhv etmirəmsə, çanaq sümüyündən əməliyyat olunub. Ümumi vəziyyəti normaldır. Bərpa dövrü bir müddət çəkəcək. Azərbaycana qısa zamanda qayıdacağını düşünmürəm. Ən azı 1 ay orada qalacaq”.
S.Abdullayev müalicəsini Bakıda davam etdirən PFL-in vitse-prezidenti Aslan Şahgəldiyevin isə daha bir neçə gün xəstəxanada qalacağını vurğulayıb: “Durumu yaxşıdır, fizioterapiya müalicəsi alır. Bayram günlərində xəstəxanada olacaq”.
Qeyd edək ki, Peşəkar Futbol Liqasının qəzada xəsarət alan digər əməkdaşları - icraçı direktor Zaur Hacı-Məhərrəmov, texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov və Sənan Abdullayev bir müddət öncə evə buraxılıblar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin