İlham Əliyev rəsmiləri qəbul etdi - YENİLƏNDİ
17 Noyabr 2024
09:34 - 6 Oktyabr 2021
Azərbaycan Tibb Universitetinin (ATU) Dermatovenerologiya kafedrasının dostenti Svetlana Əliyeva vəfat edib.
Manset.az xəbər verir ki, S.Əliyeva ötən gün 82 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Svetlana Əliyeva 1956-1962-ci illərdə N.Nərimanov adına ATİ-nun müalicə-profilaktika fakultəsində təhsil alıb. 1962-1966-cı illərdə S.M.Kirov adına ADU-nun “İnsan və heyvanların fiziologiyası” kafedrasında aspirant kimi əmək fəaliyyətinə başlayıb.
1966-1970-ci illərdə ATU-nun dermatovenerologiya kafedrasında baş laborant kimi işləyib.
1995-ci ildən ömrünün sonuna kimi həmin kafedrada dosent kimi çalışıb. 2000-ci ildə “fəxri həkim” adına layiq görülüb.
S.Əliyeva 2009-cu ildə 70 illik yubileyi ilə əlaqədar ATU-nun rektoru tərəfindən “Fəxri fərman”la təltif olunub. 40-a yaxın elmi işin müəllifidir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin