COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
13:32 - 29 Dekabr 2023
Müasir dünyada ölkələrin iqtisadi rəqabət aparmaq qabiliyyəti onların İKT-dən effektiv istifadəsindən asılıdır. Dünya bazarında elektron biznesin rolunun get-gedə ardığını nəzərə alaraq, bu sahənin inkişaf etdirilməsi üçün Azərbaycanda addımların atılması, İKT istiqaməti dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Müasir informasiya texnologiyalarından səmərəli istifadə Azərbaycan dövlətinin qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi çıxış etməsinə və inkişaf etmiş ölkələr sırasına daxil olmasına möhkəm zəmin yaradır. İnformasiya-kommunikasiya texnologiyalarının təsir dairəsi genişlənərək bu gün artıq dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə edib.
Mövzu ilə bağlı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müşaviri Şahin Əliyev Manset.az-a bildirib ki, burada əsas missiya Rəqəmsal Azərbaycanın formalaşmasına təkan vermək, əsas vizyon isə beynəlxalq reytinqlərdə yüksələrək ölkəni regionun əsas rəqəmsal və innovativ qovşağına çevirməkdir.
Şahin Əliyevin sözlərinə görə, Azərbaycanın rəqəmsallaşma və İKT üzrə təkamülü sadəcə son zamanlar baş vermiş hadisələrdə deyil, həm də strateji yanaşmalarda, yol xəritələrində özünü göstərir:
“Son bir neçə onillikdə ölkə öz resurslarını strateji olaraq innovasiya, sahibkarlıq və rəqəmsal ekosistemin möhkəm infrastrukturun qurulmasına yönəldib. 2022-ci ildə ölkədə dayanıqlı inkişafın təmini və yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirilməsi məqsədilə “Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olunmuş və bu prioritetlərə söykənən “2022‒2026-cı illərdə sosialiqtisadi inkişaf Strategiyası” hazırlanıb. Bu Strategiyanın reallaşması 2026-cı ilin sonuna ölkə iqtisadiyyatının simasında böyük dəyişikliklərə səbəb olacaq, iqtisadi artım tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacaq, xüsusilə prioritet sahələrdə artım templəri sürətlənəcək, iqtisadiyyatın və məşğulluğun dayanıqlığı daha da güclənəcəkdir. Bu strateji sənəddə bütün fəaliyyət sahələrini əhatə edəcək rəqəmsal yanaşma, innovativ alətlərin və informasiya kommunikasiya texnologiyalarının tətbiqinə geniş yer verilib. Bütün bu proseslərin həyata keçirilməsi və icra edilməsi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi bir sıra öhdəlik və missiya ilə yola çıxıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə rəqəmsal hökumətin və rəqəmsal cəmiyyətin qurulması sahəsində fəaliyyətin təşkilini, əlaqələndirilməsini, həyata keçirilməsini (nəzarət və tənzimləmə daxil olmaqla) təmin edir; yüksək texnologiyalar, nüvə elmləri, nüvə texnologiyaları və nüvə enerjisi sahəsində kompleks tədbirlər, elmi, elmi-texniki, innovativ fəaliyyət və müvafiq təcrübələr həyata keçirir; fiziki və hüquqi şəxslərə müasir texnologiyaların və texnoloji həllərin əldə edilməsində köməklik göstərir, innovativ tədqiqatları və innovativ layihələri (o cümlədən startapları) həvəsləndirir, onlara maliyyə dəstəyi verən şəxslərin innovativ təşəbbüskarlığını təşviq edir; Ölkənin İKT sektorunun davamlılığını və rəqabət qabiliyyətini yaxşılaşdırmağa kömək edir və bu sahədə təhsil və karyera imkanlarına çıxışı təmin edir”.
Şahin Əliyev qeyd edib ki, hər şeyin təməlində təhsil və insan kapitalının olduğunu nəzərə alsaq İKT üzrə ilk olaraq bu iki amilin gücləndirilməsi əsas şərtdir:
“İKT sektorunun təkmilləşdirilməsi üzrə atılan addımlar sırasında rəqəmsal bilik və bacarıqların artırılması, ən əsası İKT ürzə kadr bankının yaradılması məqsədilə keçirilən həyata “Technest” Təqaüd Proqramı xüsusi yer alır. İndiyə qədər 3000-dən çox şəxsə İKT üzrə təqaüdlü təhsil verilib. Onlardan 90%-i mövcud İKT bazarında işlə təmin olunub. Eyni zamanda, İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis edilən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi də bu missiyaya xidmət edir. Mərkəzdən indiyə qədər 120 nəfərə kibertəhlükəsizlik üzrə intensiv proqramla tədris keçirilib. Regionlarda rəqəmsal savadlılığın artırılması, İKT üzrə bilik və bacarıqların inkişaf etdirilmsi və inkişafa dəstək göstərilməsi məqsədilə ümumilikdə 26 region üzrə 750-dən çox İKT üzrə tədris verilib. İKT sahəsinin inkişafına yönəlik atılan addımlara daha bir numunə texnoparkdan kənar rezidentlik çərçivəsində İKT üzrə müvafiq sahələrdə (sistem inteqrasiyası və proqram təminatı) fəliyyət göstərən şirkətlərə vergi güzəştləri və bir sıra imtiyazlar verilməsidir. Azərbaycan Respublikası Prezidenti tərəfindən 30 dekabr 2022-ci il tarixində İKT sektoru ilə bağlı qəbul olunmuş, müvafiq qanunlarda və məcəllələrdə dəyişiklikləri və onların tətbiqini nəzərdə tutan bir sıra sənədlər imzalanıb. Burada əsas məqsəd ölkədə İKT sahibkarlığını inkişaf etdirmək, yeni şirkətlərin yaranmısını təşviq etmək, xarici İKT şirkətlərin ölkəyə cəlbini sürətləndirməkdir. İndiyə qədər 60-dan çox İKT şirkətinə rezidentlik verilib və onlar bir sıra güzəşt və azadolunmalarla təmin olunub. İnnovasiya ekosisteminin inkişafı istiqamətində də bir sıra addımlar atılır. İnnovativ layihələrə ‒ startaplara, biznes inkubatorlara, klasterlərə dəstəklərin göstərilməsi, təşəbbüslərin, ideyaların formalaşdırılıb bazara çıxarılmasın təşviq edilməsi, yerli və xarici ekosistem arasında bilik və təcrübə mübadilələrinin həyata keçirilməsi və bu vasitə ilə ekosistemin tərəqqisi sürətləndirmək əsas hədəflərdəndir. Bütün bu fəaliyyətlərin fonunda demək mümkündür ki, son illərdə İKT sektorunda həyata keçirən proqramlar və layihələr ölkənin rəqəmsal inkişafına və qlobal mənzərədə çağırışlara cavab verməsinə zəmin yaradacaq”.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müşavirinin sözlərinə görə, bu təşəbbüslər Azərbaycanın dövlət sektorunda rəqəmsal transformasiyaya nail olmaq, qlobal təcrübədən istifadə etmək üçün birgə səyi əks etdirir və artıq əminliklə deyə bilərik ki, davam edən əməkdaşlıq və qlobal təcrübədən öyrənmək öhdəliyi sayəsində Azərbaycan rəqəmsal cəhətdən inkişaf etmiş və dayanıqlı gələcəyə nail olmaqda mühüm addımlar atmağa hazırdır:
“Dövlət xidmətlərinin rəqamsallaşması, xidmətlərin sürətləndirilməsi, xidmətlərin səmərəliliyinin, effektivliyinin, təhlükəsizliyinin və keyfiyyətinin artırılması mühim əhəmiyyət kəsb edir. Hazırda rəqəmsal xidmətlər sahəsində müxtəlif fərqli qurumlar və agentliklər tərəfindən ayrı-ayrı rəqəmsal platformalar və ya portallar fəaliyyət göstərir. Digər tərəfdən hazırda elektron hökumət tətbiqləri, xüsusilə də birbaşa vətəndaşlar üçün təklif olunan həllərin daha əlçatan olması və sürətli formada vətəndaş istifadəsinə təqdim edilməsi üçün müəyyən həllər hazırlanır. Hazırda bu istiqamətdə həm dövlət, həm də özəl sektorda fəaliyyətlər genişləndirilir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi vətəndaşlar üçün rəqəmsal dövlət xidmətlərini birləşdirən vahid və inteqrasiya olunmuş rəqəmsal platforma üzərində işləyir ki, bu platforma istifadəçi təcrübəsini asanlaşdıracaq və səmərəliliyi artıracaq. Bu istiqamətdə ən çox istifadə olunan xidmətlərin analiz və təhlili aparılmış, ilkin mərhələdə seçilmiş xidmətlərin sadələşdirilməsi və rəqəmsallaşdırılması istiqamətində işlərə başlamışdır. Platforma özündə şəxsiyyət vəsiqəsi, pasport və s. bu kimi sənədlərin onlayn formada təqdim və istifadə edilməsi , rəqəmsal sənəd anlayışının bütün rəsmi sənədlərlə eyni hüquqlu olmasının tətbiqi, doğuşdan ölümə qədər olan mümlün bütün həyat hadisələrinin rəqəmsallaşdırılması, fərdi məlumatlardan istifadənin vətəndaşlar tərəfindən idarə edilməsinin təmin edilməsi və s. kimi üstünlükləri cəmləşdirir. Rəqəmsallaşmaya keçiddə eyni zamanda qlobal təcrübənin öyrənilməsi və tətbiqi inkişafı daha sürətləndirir. Bu istiqamətdə Estoniyanın rəqəmsal idarəetmə həlləri sahəsində aparıcı şirkəti olan Digital Nation ilə birgə “Rəqəmsal Transformasiya üzrə rəhbər” proqramı həyata keçirilib.Proqramda 40-dan çox dövlət qurumlarının rəhbər nümayəndələri rəqəmsal hökumət, layihələr üzrə komanda işi və qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi ilə bağlı seminarlara cəlb olunub. Əsas məqsəd dövlətsektorunda dayanıqlırəqəmsal transformasiya üzrə təcrübəni inkişaf etdirməkvə bu sahədə liderlər qrupunun formalaşdırılmasına təkanverməkdir. Bununla yanaşı, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Birləşmiş MillətlərTəşkilatının İnkişaf Proqramı (UNDP), Astana Dövlət Qulluğu Qovşağının (ACSH) birgətərəfdaşlığı ilə “Azərbaycanda rəqəmsal hökumətin inkişafı” mövzusunda ekspert vörkşopu keçirilib. Vörkşop ölkədə rəqəmsal hökumətçağırışları, tərəfdaşlıqları və inkişafperspektivlərini araşdırmaq üçün yerli və xariciekspertləri bir araya gətirib. Tədbir, iştirakçılar üçün rəqəmsal hökumətin tətbiqi ilə bağlı fikir, bilikvə təcrübə mübadiləsi üçün platforma rolunu oynayıb”.
6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;
Əfsanə Rəcəb
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin