Sürücüsüz avtomobillər bu tarixdən yollarda görünəcək

17:10 - 27 Dekabr 2023

Sürücüsüz avtomobillər bu tarixdən yollarda görünəcək

İngiltərədə sürücüsüz nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı yeni açıqlama verilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Britaniyanın nəqliyyat naziri Mark Harper açıqlama verib.

O, sürücüsüz nəqliyyat vasitələrinin 2026-cı ildə yollarda ola biləcəyini bildirib.

Harper açıqlamasında "Ola bilsin ki, hələ 2026-cı ildə insanlar tam avtonom idarəetmə qabiliyyətinə malik avtomobillərin bazara çıxdığını görməyə başlayacaqlar. Bu, tədricən mərhələli şəkildə baş verəcək. Ona görə də o, müəyyən yerlərdə istifadə üçün sınaqdan keçiriləcək", - bildirib.

Əfsanə

Manşet.az


Xəbər xətti

12 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin