Fələstindən İsrailə “orqan qaçaqmalçılığı” ittihamı

15:29 - 27 Dekabr 2023

Fələstindən İsrailə “orqan qaçaqmalçılığı” ittihamı

Qəzza hökuməti İsraili fələstinlilərin cəsədlərini qaçırmaqda və onların həyati orqanlarını oğurlamaqda günahlandırıb və bu məsələ ilə bağlı müstəqil beynəlxalq araşdırma tələb edib. 

 

Manset.az xarici mediaya istinadən məlumatına görə, yazılı açıqlamada İsrailin 27 oktyabrda başlatdığı quru əməliyyatından sonra öldürülən və müsadirə edilən 80 fələstinlinin cəsədinin ləyaqətinin heçə sayıldığı bildirilib.

Bildirilib ki, cəsədlər araşdırıldıqdan sonra üz cizgilərinin əhəmiyyətli dərəcədə dəyişdiyi məlum olub. Bu, işğalçı qüvvələrin fələstinli cəsədlərdən həyati vacib orqanları oğurladığının əyani göstəricisidir.

Əfsanə

Manşet.az


Xəbər xətti

11 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin