Həbsxanadan çıxan qatil qaldığı yerdən davam etdi - ŞOK SƏBƏB

14:12 - 27 Dekabr 2023

Həbsxanadan çıxan qatil qaldığı yerdən davam etdi - ŞOK SƏBƏB

Rusiyada 2010-cu ildə iki əxlaqsız həyat tərzi sürən qadını öldürdüyü üçün həbs edilən 37 yaşlı Aleksey Varakin həbsdən çıxdıqdan az sonra yenidən cinayət törədib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Varakin həbsdən çıxan kimi daha iki qadını öldürüb.

Yenidən həbs edilərək həbsxanaya göndərilən Varakin dindirilərkən ifadəsində qətlləri cinsi əlaqə zamanı uğursuz olduğu üçün törətdiyini etiraf edib.

Qeyd edək ki, Varakin həbsdən çıxar-çıxmaz Moskvada 40 yaşlı Olqa Vorobyova adlı qadını öldürüb. Bir gün sonra Varakin 25 yaşlı Vlada Skitskaya adlı qadın ilə razılaşaraq kirayə qaldığı mənzilə gedib. Gənc qadın onu öldürmək istəyən Varakindən xilas olmaq üçün dostuna xəbər göndərib. Skitskaya dəfələrlə bıçaqlanandan sonra onun kömək üçün qışqırdığını eşidən qonşular polisə xəbər veriblər. Hadisə yerinə gələn polis Skitskayanın cansız bədəni ilə qarşılaşıb.

Alexei Varakin

Əfsanə

Manşet.az


Xəbər xətti

12 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin