10 il əvvəl zorakılığa məruz qaldığı üçün ərini öldürən qadın edam edildi

12:04 - 27 Dekabr 2023

10 il əvvəl zorakılığa məruz qaldığı üçün ərini öldürən qadın edam edildi

İranda 15 yaşında evlənməyə məcbur edilən və cinsi istismara məruz qalan Samirə Sabzian ərini öldürdüyü üçün edam edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı xəbər verib. Uşaq ikən evləndiyi ərini öldürməkdə təqsirli bilinən Samirə Sabzianın dekabrın 20-də Tehranın Kərəc şəhərindəki Ghezel Hesar həbsxanasında edam edildiyini açıqlayıb.

Bildirib ki, Sabzian ərini zorakılığa görə öldürüb və uşaqlarının qəyyumluğu ərinin ailəsinə verilib.

Sabzian 15 yaşında zorla evləndirilib və 19 yaşına qədər evliliyində cinsi istismara və zorakılığa məruz qalıb. İki uşağı olan gənc qadın ərini zorakılığından özünü müdafiə etmək üçün 19 yaşında olarkən öldürüb. 10 il həbsdə olan Səbzianın övladlarının qəyyumluğu ərinin ailəsinə verilib.

Əfsanə

Manşet.az


Xəbər xətti

12 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin