İlham Əliyev rəsmiləri qəbul etdi - YENİLƏNDİ
17 Noyabr 2024
19:53 - 5 Oktyabr 2021
Dünən axşam saatlarından "Facebook" və "Instagram" sosial şəbəkələrinin, eləcə də "WhatsApp" tətbiqinin fəaliyyətində problemlər yaranmışdı. Bu da sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb oldu.
Manşet.az xəbər verir ki, "Facebook" yaydığı məlumatda bildirir ki, problem "Facebook" sosial şəbəkəsinin serverlərdə baş verən yalnışlıq nəticəsində baş verib.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkələrdə yaranmış problemi şərh edərkən bildirib ki, "Facebook" yaydığı rəsmi məlumatda şəbəkə istifadəçilərinin hər hansı məlumatının oğurlanmasını təkzib edib: "Belə görünür ki, "Facebook"-un DNS sistemində xətalar olub.Buna görə də "Facebook" çöküb, bu qlobal problem olub.
Sosial şəbəkə istifadəçilərimiz açıqlanması təhlükə yarada biləcək, məlumatları sosial şəbəkədə yerləşdirməsinlər. Bunu istifadəçilər nəzərə alsınlar. Düşünürəm ki, baş verənlərdən dünya ictimaiyyəti, şəbəkə istifadəçiləri dərs götürməlidirlər. "Facebook", "Insatgram", "Whatsapp","Twitter", "Amazon", "Apple" kimi şirkətlər nəhəng bir resursa çevrilib. Bu şirkətlər rəqabəti pozacaq, müəyyən inhisarçı durum yaradacaq səviyyədədir. Dünyada böyük qurumlar, biznes, informasiya mühüti bu qurumlardan aslı vəziyyətə düşüb. Baş verən hadisələr yeni bir çağırışlar müəyyən edir".
O.Gündüz qeyd edib ki, ötən il bu cür qurumların bölünməsi gündəmdə idi: "Bu şirkətlər dünya iqtisadiyyatı üçün böyük risklər yaradıb. Bu risklər də hər gün artır. Dünən baş verən hadisələr göstərir ki, belə risklər hər gün ola bilər. İnternet istifadəçiləri, qlobal təşkilatlar bununla bağlı tədbir görülməsini tələb etməlidir.
Bu sosial şəbəkələrə yanaşı alternativ şəbəkələr də var. Onlar dünən normal işləyirdi. Bu o demək deyil ki, Telegram kimi sosial şəbəkələr Facebookdan daha təhlukəsizdir. Hərəsinin öz problemi var."
(Trend)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin