Qaçaqmalçıların əlindən alındı - 2 min illik İncilin qiyməti 10 milyon dollar

10:57 - 27 Dekabr 2023

Qaçaqmalçıların əlindən alındı - 2 min illik İncilin qiyməti 10 milyon dollar

Bursada 1-ci əsrə aid ceyran dərisi papirusunda arami dilində yazılmış İncil tapılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Manisa və İstanbuldan alış-veriş üçün bir araya gələn 6 tarixi əsər qaçaqmalçısı kitabi almaq üçün kafedə danışıqlar apararkən jandarma əməliyyatı zamanı yaxalanıb.

İki min illik İncilin qiyməti 10 milyon dollar hesablanıb.

Nəzarətə alınan biri polis məmuru olan 6 nəfərdən 3-ü məhkəmə tərəfindən həbs olunub, digər 3-ü isə həbssiz mühakimə olunaraq sərbəst buraxılıb.

Bu hadisədən sonra Hz. İsanın şagirdlərindən biri olan Barnabanın yazdığı “itirilmiş” İncilin harada olması ilə bağlı mübahisələri yenidən gündəmə gəlib.

Aramicə yazılmış 26 səhifəlik tarixi əsərin Barnabanın itirilmiş İncil olub-olmadığını araşdırmaq üçün muzeyə veriləcəyi öyrənilib.

Rəvayətə görə, Barnaba İsanın ana dilində Müqəddəs Kitabı qələmə alan ən yaxın mirzələrindən biri olub O vaxtdan bəri üzə çıxarılmayan İncilin dörd nüsxəsindən biri 1981-ci ildə Hakkaridə kəndlilər tərəfindən bir mağarada tapılıb. Lakin o İncilin başına nə gəldiyi, hara aparıldığı və harada saxlandığı məlum deyil. Mütəxəssislərin araşdırmasından sonra ələ keçirilən tarixi əsərin itirilmiş Barnaba İncili olub-olmadığı müəyyənləşəcək.

Bursa'da 2 bin yıllık İncil bulundu! 10 milyon dolar değer biçiliyor

Bursa'da 2 bin yıllık İncil bulundu! 10 milyon dolar değer biçiliyor

Əfsanə

Manşet.az

 


Xəbər xətti

11 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin