“Azərbaycan və Ermənistan sülh razılaşması əldə etməyə hazırdır” - Kreml

22:18 - 26 Dekabr 2023

“Azərbaycan və Ermənistan sülh razılaşması əldə etməyə hazırdır” - Kreml

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan danışıqları dayandırmağa və sülh razılaşması əldə etməyə hazırdırlar.

 

Manset.az  xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

Peskov, 2023-cü ilin sentyabrında Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Müstəqil Dövlətlər Birliyinin (MDB) Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitindəki görüşün riskli olub-olmaması ilə bağlı sualı cavablayıb:

“Hansı qarşı tərəf? “Onlar (liderlər- Red.) sülh danışıqlarını yekunlaşdırmağa, vahid sənədə, sülh sazişinə nail olmağa tam hazır olduqlarını bildirirlər, heç bir risk yoxdur”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri sözügedən sammitə qatılıb.


Xəbər xətti

11 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin