Bu və növbəti şənbə tam iş günüdür
15 Noyabr 2024
19:16 - 5 Oktyabr 2021
İranda ötən sutka ərzində 216 nəfər koronavirusdan (COVID-19) ölüb, 13 226 nəfər yoluxub.
Manşet.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 121 563 nəfərə, yoluxanların sayı isə 5 651 961 nəfərə çatıb. Virus daşıyıcılarından 5 665 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 5 135 887 nəfər koronavirusdan sağalıb, 32,7 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 59,6 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 42,4 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 17,2 milyon təşkil edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin