Gürcüstanın turizmdən gəliri kəskin artıb

18:25 - 22 İyun 2021

Gürcüstanın turizmdən gəliri kəskin artıb

Bu ilin may ayında Gürcüstan turizmdən 73,8 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Manset.az xəbər verir ki, bu barədə ölkənin Milli Bankının analitik hesabatında bildirilib.

Nəşrə əsasən, gəlirdə illik müqayisədə 8,1 dəfə artım qeydə alınıb.

Yanvar-may aylarında isə turizm sektoru Gürcüstan iqtisadiyyatına 177,3 milyon dollar gəlir gətirib.

Ötən ay Gürcüstan 96,5 min nəfəri turist olmaqla 112,7 min beynəlxalq ziyarətçi qəbul edib. Qonşu ölkəyə səfərə yollananların sayı ötən ilin eyni dövrünə nisbətdə 3,1 dəfə artıb.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin