ABŞ-ın Ərbildəki bazasına pilotsuz təyyarə hücumu

19:41 - 25 Dekabr 2023

ABŞ-ın Ərbildəki bazasına pilotsuz təyyarə hücumu

Ərbildə ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiyasının istifadə etdiyi hərbi bazaya PUA-dan hücum edilib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İraq Kürd Regional Rəhbərliyinin (KRG) Terrorla Mübarizə Bölməsi ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın istifadə etdiyi bazaya hücumla bağlı açıqlama yayıb.

Açıqlamada, saat 16.03-də Ərbil Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən koalisiya bazasına bomba yüklü PUA ilə hücum edildiyi bildirilib.

 Qeyd edilir ki, hadisə nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə məlumat paylaşılmayıb.

İraqdakı iranpərəst şiə milis qrupları arasında olduğu bilinən “İraq İslami Müqaviməti” adlı birləşmə daha əvvəl verdiyi yazılı açıqlamalarda ölkənin qərbindəki Ayn əl-Əsəd və Ərbil hava limanında koalisiya bazasını idarə etdiyini bildirmişdi. İraq, eləcə də Suriyanın şimalında Tel Əl-Əsəd - Suriyanın cənubundakı Beyder və Et-Tenef bazasına hücum edildiyini də açıqlayıb.

Jalə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az