Natavan Həbibi bacısını axtarır
25 Noyabr 2024
16:29 - 5 Oktyabr 2021
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu cari mövsüm 20 rəsmi oyuna çıxıb.
Manset.az-ın məlumatına görə, bunlardan 10-u avrokuboklara, 8-i Premyer Liqaya, 1-i ölkə kubokuna, digəri isə superkubokuna təsadüf edib.
Varşava təmsilçisi bu görüşlərdə 28 qol vurub ki, bunlardan 10-na Emreli imza atıb. 1 məhsuldar ötürmə ilə də yadda qalan 24 yaşlı hücumçu 11 qolda iştirak edib və bu göstəricidə komandasının lideridir.
"Legiya"da Tomaş Pekqart, Rafael Lopes və Ernest Muçi hərəyə 3 dəfə fərqlənə biliblər. 3 məhsuldar ötürmə verən Lopes 6 qolun vurulmasında iştirakçı olub.
Qeyd edək ki, Mahir Emreli "Legiya" ilə 3+1 illik müqavilə imzalayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin