Cənubi Amerika ölkələrindən olan Braziliyada PT-ZVL tipli kiçik təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər həyatını itirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Monte-Alto şəhərindən havaya qalxan PT-ZVL tipli kiçik təyyarə San-Paulu ştatının Jaboticabal şəhərində əkin sahəsinə çırpılıb.
Qəzada pilotlar da daxil olmaqla 5 nəfər ölüb.
Əfsanə
Manşet.az