Lənkəranda 20 yaşlı qız bıçaqlandı

19:40 - 24 Dekabr 2023

Lənkəranda 20 yaşlı qız bıçaqlandı

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Təngivan kəndində qeydə alınıb.

2007-ci il təvəllüdlü Valeh Asif oğlu Əliyev bibisi qızı 2003-cü il təvəllüdlü Sevgi Etibar qızı Əzimovanı bıçaqlayıb.

Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ona qarın divarının yarası diaqnozu qoyub və ilkin tibbi yardım göstəriblər. Sevgi Əzimova cərrahiyyə şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, yaxın qohumlar bir həyətdə yaşayırlar. Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.

Faktla bağlı araşdırma davam etdirilir.


Xəbər xətti

28 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin