Bakıda ağaclıq ərazi yandı

17:36 - 22 İyun 2021

Bakıda ağaclıq ərazi yandı

Bakıda ağaclıq ərazidə yanğın olub.

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin