“Qarabağ” Xankədidə MOİK-i məğlub etdi - YENİLƏNDİ (VİDEO)

16:07 - 21 Dekabr 2023

“Qarabağ” Xankədidə MOİK-i məğlub etdi - YENİLƏNDİ (VİDEO)

“Qarabağ”hesabı açdı, 90+5-ci dəqiqədə Nəriman Axundzadə fərqləndi. Futbolçu tarixi qolun müəllifi oldu.

“Qarabağ” 1:0  MOİK

***

İkinci hissə başladı.

***

İlk hissə qolsuz bərabərlikdə başa çatdı.

***

39-cu dəqiqədə “Qarabağ”ın futbolçusu Riçard Almeyda zədələnib. Patrik Andrade onun yerinə oyuna daxil olub.

***

“Qarabağ” və MOİK komandaları arasında Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu başlayıb.

Manset.az xəbər verir ki, Xankəndi şəhər stadionundakı qarşılaşma az öncə start götürüb. Topa ilk toxunuşu Prezident İlham Əliyev edib.

Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası edir. Bu oyunun qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək.

Xankəndidəki görüş işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol oyunudur.

***

Bu gün futbol üzrə Azərbaycan kubokunda tarixi oyun keçirilir.

Manset.az xəbər verir ki, turnirin 1/8 final mərhələsində Ağdamın “Qarabağ” klubu MOİK-lə Xankəndi şəhərində qarşılaşır.

Artıq komandaların start heyətləri açıqlanıb:

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 20. Riçard Almeyda, 90. Nəriman Axundzadə, 19. Redon Cica, 17. Hamidu Keyta, 18. Juninyo

Baş məşqçi: Qurban Qurbanov

MOİK: 1. Zeynal Əhmədzadə, 97. Fərid Abbaslı, 3. Nicat Əskərov, 20. Nurlan Bayramov, 4. Ülvi İbazadə, 6. İsa Zeynallı, 8. Ramil Orucov, 10. Xəyal Bədirov, 11. Elvin Vəliyev, 77. Elmir Rəhimzadə, 17. Sabir Allahquliyev

Baş məşqçi: Qəzənfər Abbasov

Şəhərin yenidən qurulmuş mərkəzi stadionundakı oyunda saat 14:00-da başlayacaq.

Qeyd edək ki, bu qarşılaşma 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilmiş hissəsində ilk rəsmi oyundur.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin