Azərbaycanda 6 milyondan çox insanın səsvermə hüququ var

11:52 - 20 Dekabr 2023

Azərbaycanda 6 milyondan çox insanın səsvermə hüququ var

“2,4 milyon ev təsərrüfatına 2022-2023-cü illərdə baxış keçirilib”.

 

Manset.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O bildirib ki, ölkə üzrə 125 seçki dairəsində səsvermə hüququ olanların sayı 1 milyon 143 min 620 nəfər artıb:

“Azərbaycanda 6 milyon 354 min 556 nəfər səsvermə hüququ olan şəxs var. Seçici siyahılarında sayın artması bir sıra daxili və xarici miqrasiya ilə şərtlənib”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az