Bir müddətdir nadir nevroloji xəstəlik olan rigid person (Sərt insan) sindromu ilə mübarizə aparan dünyaca məşhur kanadalı müğənni Selin Dion artıq əzələlərinə nəzarəti itirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Selin Dionun bacısı Klodet müğənninin səhhəti ilə bağlı açıqlama verib.
Klodet bildirib ki, Selin çox çalışır, amma əzələlərinə nəzarət edə bilmir.
“Səs telləri də əzələdir, ürək də bir əzələdir. Nadir görülən bu xəstəliyi elm adamları yetərincə araşdırmayıb”.
Qeyd edək ki, Dion 2022-ci ilin dekabrında İnstaqram hesabında fransız və ingilis dillərində paylaşdığı postda sindromun yerimə və oxuma qabiliyyətinə təsir etdiyini və buna görə konsertlərinə fasilə verdiyini açıqlayıb. Spazmların gündəlik həyatının hər addımına təsir etdiyini, bəzən yeriməkdə çətinlik çəkdiyini və adi mahnı oxuyarkən səs tellərini istifadə edə bilmədiyini bildirib.
Əfsanə
Manşet.az