Qasırğa 12 nəfərin həyatına son QOYDU

23:17 - 4 Oktyabr 2021

Qasırğa 12 nəfərin həyatına son QOYDU

Omanda "Şahin" qasırğası nəticəsində 12 nəfər həlak olub.

Manşet.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qasırğa böyük dağıntlara səbəb olub. Paytaxt Maskatda çoxlu sayda küçə su altında qalıb. Həlak olanlar, əsasən, su axınlarının aparması nəticəsində həyatını itirib.

Tropik qasırğa sürətini kəskin azaldaraq cənub-qərb istiqamətinə hərəkət edir. Qasırğa Birləşmiş Ərəb Əmirliklərinə doğru hərəkət etsə də, onun heç bir təhlükə törətməcəyi bildirilib.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin