BP-nin rəhbəri onlardan biri olacaq

18:28 - 19 Dekabr 2023

BP-nin rəhbəri onlardan biri olacaq

BP şirkətinin gözlənilmədən istefa verən baş icraçı direktoru Bernard Luninin yerinə şirkətin öz daxilində üç namizədin olduğu bildirilir. 

 

Manset.az xəbər verir ki, bu barədə şirkətdəki mənbələrə istinadla “Reuters” agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, BP-nin yeni baş icraçı direktoru bu vəzifəni müvəqqəti olaraq icra edən Mari Oçinkloss ola bilər. Şirkətdə iki yüksək vəzifəli qadının namizədliyi də irəli sürülüb.

BP-nin keçmiş rəhbəri Bernard Luni sentyabrın 12-də istefa verib. Mənbələrin bildirdiyinə görə, şirkətin sədri Helge Lundun rəhbərliyi altında fəaliyyət göstərən komitə bütün prosesləri idarə edir. Məlumatda, eyni zamanda, kənar namizədlərin də nəzərdən keçirilə biləcəyi qeyd oluunub.

Mənbələrin bildirdiyinə görə, daxili təyinat həm də 2030-cu ilə qədər neft və qaz hasilatı ilə yanaşı, karbon emissiyalarını azaltmaq, bərpa olunan mənbələri artırmaq və yanacaq tutumunu təmizləmək məqsədi daşıyan BP-nin cari strategiyasını davam etdirmək üçün komitənin dəstəyinə arxalanacaq.

Reuters bu ayın əvvəlində sənaye mənbələrinə istinadən xəbər verib ki, təyinatla bağlı elanın verilməsi gələn ilin birinci rübündə gözlənilir. BP-nin sözçüsü deyib ki, "yeni baş icraçı direktorun təyin edilməsi prosesi gedir. Potensial namizədlərlə bağlı təfərrüatları və ya söz-söhbətləri şərh etməyəcəyik".


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin