Bu və növbəti şənbə tam iş günüdür
15 Noyabr 2024
22:58 - 4 Oktyabr 2021
Birləşmiş Millətlər Təşkilatı Efiopiya hökumətinin ölkədən çıxmaq əmri veridiyi təşkilatın yeddi nümayəndəsinin təxliyəsinə başlayıb.
Manşet.az xəbər verir ki, bunu BMT baş katibinin sözçülərindən Farhan Haq mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin şəxslərlərin təhlükəsizliyinin təminatı üçün BMT bütün lazımı addımlar atıb. Onların hansı ölkəyə təxliyə olunacağı barədə isə F. Haq heç bir açıqlama verməyib.
Xatırladaq ki, Efiopiya hökuməti BMT-nin yeddi şəxsini arzuolunmaz şəxslər siyahısına salıb. Sözügedən şəxslər ölkənin daxili işlərinə qarışmaqda ittiham olunur.
Siyahıya BMT-nin Uşaq Fondunun (UNICEF) nümayəndəsi, İnsan Hüquqları üzrə Ali Komissarlığın (OHCHR) monitorinq qrupunun rəhbəri və Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) əməkdaşları da daxildir.
Report
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin