İranda daha 3 məhbus edam edildi

17:06 - 19 Dekabr 2023

İranda daha 3 məhbus edam edildi

İranda bu gün Kərəcin Qızılhisar və Zənganın mərkəzi zindanlarında ən azı 3 məhbus dar ağacından asılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə İranda İnsan Haqları Təşkilatı xəbər verib.

Bildirilib ki, sözügedən həbsxanalarda daha 4 nəfər edam hökmlərinin icra edilməsi üçün təkadamlıq kameraya salınıb.

Məlumata görə, edam edilən məhbuslar narkotik qaçaqmalçılığında ittiham ediliblər. Təkadamlıq kameraya köçürülən məhbuslar isə narkotik maddələrin qanunsuz dövriyyəsi və qəsdən adam öldürməkdə təqsirləndirilirlər.    

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az