Macarıstanın baş naziri Viktor Orbanın prezident Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında verdiyi açıqlamalar böyük əks-səda yaradıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Orban, "Türkiyə olmadan Macarıstanın təhlükəsizliyi yoxdur. Macarıstanı təhdid edən miqrasiya təhlükəsi Türkiyə olmadan dayandırıla bilməz" deyib.
Macarıstanın Baş naziri ölkəsi ilə Türkiyə arasındakı ikitərəfli əlaqələrin əhəmiyyətinə diqqət çəkib:
"Bu gün əlaqələrimizi hərtərəfli strateji əməkdaşlığa yüksəltmişik. Bundan daha yüksək bir şey varmı, bilmirəm. Diplomatik dildə bunun dostluq və qardaşlıq baxımından ən güclüsü olduğunu düşünürəm” deyib.
Əfsanə
Manşet.az