Gürcüstan Saakaşvilini Ukraynaya vermək niyyətində deyil

22:25 - 4 Oktyabr 2021

Gürcüstan Saakaşvilini Ukraynaya vermək niyyətində deyil

Gürcüstan eks-prezident Mixail Saakaşvilini Ukrayna tərəfinə vermək istəmir.

Manşet.az xəbər verir ki, bunu baş nazirin müavini, mədəniyyət, idman və gənclər naziri Teya Çulukiani bildirib. Onun sözlərinə görə, siyasətçi həbs müddətini Gürcüstanda keçirəcək.

“Gürcüstandan Ukraynaya ekstradisiya yalnız o zaman baş verir ki, digər tərəfdən ekstradisiyası tələb olunan şəxs orada cinayət məsuliyyətinə cəlb olunsun. Saakaşvilinin Ukraynada mühakimə olunduğunu heç düşünmürəm. Ona görə də ekstradisiya ilə bağlı söhbətlər cəfəngiyatdır”.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin