Bu və növbəti şənbə tam iş günüdür
15 Noyabr 2024
22:06 - 4 Oktyabr 2021
Şübhəsiz ki, planetimiz gələcəkdə yeni bir virusla qarşılaşacaq.
Manşet.az xəbər verir ki, bunu Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) rəhbəri Gao Fu, “Cəmiyyətdə Elm və Texnologiya” üzrə beynəlxalq forumda deyib.
Onun sözlərinə görə, bu gün dünya təkcə koronavirus infeksiyası pandemiyası ilə deyil, həm də müvafiq məlumatlar və dezinformasiyaların bir-birinə qarışdığı “infodemiya” ilə üz-üzədir.
Alim dünyanın gələcəkdə xüsusiyyətləri heç kimə məlum olmayan “X virusu” ilə qarşılaşacağına əminliyini ifadə edib. Onun sözlərinə görə bu, hər yerdə və hər an baş verə bilər.
Gao Fu yeni virusa qarşı tədbirlər hazırlamaq üçün qarşılıqlı əlaqə prinsipini irəli sürüb.
“İnsanlığın gələcəyi üçün problemi birlikdə həll etmək lazımdır. Bununla əlaqədar olaraq “dörd “C” prinsipi”ni təklif edirəm: əməkdaşlıq (cooperation), rəqabət (competition), ünsiyyət, yaxud informasiya mübadiləsi (communication) və nəhayət koordinasiya (coordination)”, - deyə CDC rəhbəri vurğulayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin