Öz qətlində şahidlik etdi - Qadının gündəliyindən intihar etmədiyi məlum oldu

16:32 - 18 Dekabr 2023

Öz qətlində şahidlik etdi - Qadının gündəliyindən intihar etmədiyi məlum oldu

ABŞ-ın Texas əyalətində qeydə alınan faciəvi hadisədə, gənc qadının gündəlikləri onun intihar etmədiyini, əslində xəyanət edən həyat yoldaşı tərəfindən plan qurularaq öldürüldüyü məlum olub.

 

Manset.az xarici mediaya istinadən məlumatına görə, 31 yaşlı Maria Muñozu polislər evində ölü tapanda həyat yoldaşı Joel Pellot “səmimi söhbət” üçün qayıtdığını və Marianın həddindən artıq dozada dərman qəbul etdiyini iddia etmişdi.

Lakin dəhşətli həqiqət çox fərqli idi. Anestezioloq olan əri bahalı boşanma prosesindən qurtulmaq üçün işlədiyi xəstəxanadan oğurladığı zəhərli dərmanları arvadına vermişdi. 

Ancaq ərinin nəzərə almadığı bir detal var idi, Marianın gündəliyi və mobil telefon qeydləri...

Beləki, cütlük 2011-ci ildə ailə qurub. 2018-ci ildə Mariya ikinci oğlunu dünyaya gətirən zaman əri işdə tanış olduğu cərrahi tibb bacısı Janet Arredondo ilə münasibət qurmağa başlayıb.

Ərinin sevgilisi ilə planlaşdırdığı Avropa tətili üçün təyyarə biletini tapan zaman Mariya bu münasibətdən xəbər tutub.

Əslində, Pellot Marianın ölümündən təxminən beş ay əvvəl ailəsi ilə yaşamağı dayandırıb və sevgilisi Janet Arredondo ilə birlikdə yaşamağa başlayıb.  

Ölümündən günlər əvvəl Mariya və Pellot böyük mübahisə ediblər. Mariyanın boşanma vəkili tutması barədə göndərdiyi mesaja Pellot "Biz bunu minimum vəkilin iştirakı ilə edə bilərik. Bu çox puldur" deyib.

Daha sonra Pellot ona elektron məktub göndərərək mübahisə etmədən “səmimi söhbət” edərək görüşmək istədiyini bildirib. Həmin vaxt həyat yoldaşına özü ilə gətirdiyi zəhərli iynələr vurub.

Marianın toksikoloji nəticələrinin əldə olunması dörd ay çəkib. Bu müddət ərzində Pellot arvadının dəfnində iştirak edib və onun məzarı başında göz yaşı töküb.

Lakin həmin müddət ərzində Marianın gündəliyi və telefon qeydləri polis tərəfindən araşdırılıb.

Tibbi ekspertiza Marianın mədəsində həblər aşkar etməyib. Yarılma hesabatında Mariyanın qarışıq dərman zəhərlənməsindən öldüyü məlum olub. Bunlara cərrahiyyədə geniş istifadə olunan yeddi dərman, o cümlədən yalnız inyeksiya yolu ilə tətbiq oluna bilən Propofol daxildir.

Bundan sonra Pellot ittiham olunub və ömürlük həbs cəzasına məhkum edilib.

Kendi cinayetinde tanıklık yaptı Genç kadının günlüğü, intihar etmediğini ortaya çıkardı

Kendi cinayetinde tanıklık yaptı Genç kadının günlüğü, intihar etmediğini ortaya çıkardı

Əfsanə

Manşet.az

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az