“Finalın Londonda olmaması üçün əlimdən gələni edəcəyəm” - Baş nazir

16:04 - 22 İyun 2021

“Finalın Londonda olmaması üçün əlimdən gələni edəcəyəm” - Baş nazir

İtaliyanın Baş naziri Mario Draqi Avro-2020-nin final matçının İngiltərənin paytaxtı Londonda keçirilməsinə qarşı çıxıb.

Manset.az goal.com-a istinadən xəbər verir ki, o, bu barədə öz açıqlamasında bildirib. Baş nazir etirazını İngiltərədə koronavirus pandemiyasının geniş yayılması ilə əlaqələndirib: “Avro-2020-nin final matçının İngiltərədə keçirilməsinə qarşıyam. Finalın pandemiyanın yayıldığı bir ölkədə oynanılmaması üçün əlimdən gələni edəcəyəm”.

İngiltərə hökuməti Avro-2020-nin finalına görə ölkəyə gələn hər kəsi karantinə alır. Bu da o deməkdir ki, FİFA və UEFA nümayəndələri, yayımçılar, sponsorlar da daxil olmaqla 2500 nəfər karantində qalacaq. Qitənin ali futbol qurumu isə problemi həll etmək üçün İngiltərə hökuməti ilə danışıqlar aparacağını bildirmişdi.

Qeyd edək ki, final matçı iyulun 11-də keçiriləcək.


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin