Sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt sakini Vəliyeva Ləman polis əməkdaşları tərəfindən saxlanılıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, araşdırma nəticəsində toplanan materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Ləman Vəliyeva 1000 (min) manat cərimə edilərək, sərbəst buraxılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev faktı saytımıza təsdiq edib.
Qeyd edək ki, o, tez-tez TikTok-dakı paylaşımlarında qeyri-etik sözlərdən və söyüşlərdən istifadə edir.