COVİD ilə qrip qarışsa...- Alimlərdən xəbərdarlıq

18:50 - 4 Oktyabr 2021

COVİD ilə qrip qarışsa...- Alimlərdən xəbərdarlıq

Əgər COVİD-in növbəti dalğası payız-qış mövsümu respirator xəstəlik və viruslarla qarışarsa, bu səhiyyə sistemində ciddi faciə yaradacaq və yüklənmələri artıracaq.

Belə bir ssenari nə vəd edir, alimlər hansı xəbərdarlığı edirlər?

Manşet.az xəbər verir ki, pandemiya hələ də səngiməsə də, alimlər yeni bir təhlükədən, dubl, ikiqat zərbədən qorxur.

Əgər 90% ölkələrdə gözlənilən dördüncü dalğa mövsümi qrip, soyuqdəymə, respirator viruslar dalğası ilə qarışıb, üst-üstə düşsə, Tvindemiya – yəni ikiqay pandemiya baş verə bilər.

Bu bir çox ölkələrdə xəstələnən və ölənlərin sayını 2-3 dəfə artıracaq.

Səhiyyə yüklənəcək, kimin COVİD, kimin qrip olmasını aydınlaşdırmaq vəziyyəti kəskinləşdirəcək.

Mövsümi qrip və virus xəstəlikləri dünyada şimal yarımkürəsində noyabrdan başlayıb marta kimi davam edir.

2020-ci ildə dünya bu təhlükədən bir az yayındı. Çünki pandemiya elan olunan kimi, məktəblər, universitetlər, kinoteatrlar bağlandı. Uşaqlar və yaşlılar evdə qaldı. İndi vəziyyət ayrıdır, çox yerlər açılıb və insanlar qrip və digər virusları da bir-birinə yoluxduracaq.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin