Beynəlxalq Jurnalistlər Şurası Lefkoşada tədbir keçirəcək

18:00 - 14 Dekabr 2023

Beynəlxalq Jurnalistlər Şurası Lefkoşada tədbir keçirəcək

Beynəlxalq Jurnalistlər Şurası (BJŞ) Şimali Kipr Türk Respublikasının (ŞKTR) paytaxtı Lefkoşa şəhərində 13-16 dekabrda "Uluslararası KKTC Medya Buluşması" adlı tədbir keçirəcək.

 

Manset.az xəbər verir ki, ŞKTR-in qurulmasının 40-cı ilində beynəlxalq arenada tanınması məqsədilə beynəlxalq tədbirə imza atacaq.

Tədbirdə 42 yerli, 18 xarici jurnalist olmaqla, ümumilikdə 60 media nümayəndəsi iştirak edəcək. ŞKTR prezidenti Ersin Tatar və Türkiyə səfiri Metin Feyzioğlu da tədbirə qatılacaqlar.

BJŞ-nin sədri Mehmet Ali Dim bildirib ki, Şimali Kipr məsələsi olduqca həssas nöqtədir. Onun sözlərinə görə, ŞKTR-in beynəlxalq arenada tanınması olduqca vacibdir.

Tədbirə qatılan jurnalistlər iki gün ərzində Kipr adasının şəhərlərini və tarixi, turistik yerlərini də görmək fürsəti əldə edəcəklər. Qapalı Maraş və Karpaz da gəzilib-görüləcək yerlər arasında olacaq.


Xəbər xətti

3 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin