Deputat bəzi qazilərə 500 manat verilməsini təklif etdi - Digəri etiraz etdi

15:05 - 22 İyun 2021

Deputat bəzi qazilərə 500 manat verilməsini təklif etdi - Digəri etiraz etdi

Millət vəkili Razi Nurullayev Vətən müharibəsində iştirak etmiş qazilərin bir qisminə ildə 500 manat pul verilməsini təklif edib.  

Manset.az xəbər verir ki, deputat qeyd edib ki, müharibədə yaralanmış qazilərin yalnız bir qismi əlillik dərəcəsi alacaq: “Ancaq yerdə qalan 5000 -6000 minə yaxın müharibə iştirakçısı kontuziyalar və. s aldığına görə onlara əlillik dərəcəsi təyin edilməyəcək. 
Ona görə də həmin şəxslərin adaptasiyası üçün 5 il ərzində ildə bir dəfə 500 manat pul verilsə, yaxşı olar. İstəmirik ki, onlar şər qüvvələrin təsirinə düşsün və onlardan istifadə edilsin”.


Deputat Fəzail Ağamalı isə çıxışında həmkarının təklifini real hesab etməyib: “Bu təklif reallaşa bilməz. Onlar daha çox peşə təhsilinə cəlb edilə bilər”.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin