Qaçaqmalçılıq yolu ilə gətirilən 32 mindən çox pirotexniki vasitə aşkarlandı

11:46 - 13 Dekabr 2023

Qaçaqmalçılıq yolu ilə gətirilən 32 mindən çox pirotexniki vasitə aşkarlandı

Tovuzda xeyli miqdarda pirotexniki vasitə və ratsiya aşkar edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Dövlət gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında, Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstan Respublikasından ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerində ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən 32.472 ədəd müxtəlif adda pirotexniki vasitə və 70 ədəd ratsiya aşkar edilib.


Xəbər xətti

9 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin