Naxçıvan Mədəniyyət Nazirliyində kadr təyinatı oldu

21:29 - 12 Dekabr 2023

Naxçıvan Mədəniyyət Nazirliyində kadr təyinatı oldu

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi sistemində kadr dəyişiklikləri olub.

 

Manset.az  xəbər verir ki, bu barədə qurumdan "Report"a məluçat verilib.

Bildirilib ki, muxtar respublikanın mədəniyyət nazirinin müavini Həsən Seyidovun müvafiq əmri ilə Şərur Rayon Mədəniyyət İdarəsinin müdiri Abbas Musayev vəzifədən azad olunub.

Nazirlik Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri İman Alırzayev Şərur Rayon Mədəniyyət İdarəsinin müdiri vəzifəsinə gətirilib.

Digər əmrlə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının rejissoru, Prezident mükafatçısı Həcərxanım Məmmədova müddətli əmək müqaviləsi əsasında Naxçıvan Mədəniyyət Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri təyin olunub.


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin